Dünya

Türkiyədə 3 əsgər şəhid oldu

  • 27 Jun 2017
  • 215 baxış

İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə geniş əməliyyat aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR