Bakıda zəhərdən qorunmaq üçün maraqlı təşəbbüs - FOTO
Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasında (DİA) "Sağlamlığımızı və təbiəti qoruyaq" şuarı altında təqdirəlayiq təşəbbüs həyata keçirilir.
XalqTV.com xəbər verir ki, Akademiyanın dəhlizində şəffaf qutu qoyulub. Qutu məişətdə elektrik avadanlıqlarında istifadə olunan, lakin artıq istifadə müddəti bitmiş elektrik batareyaları üçün nəzərdə tutulub.
/>
DİA-dakı müəllim və tələbələr istifadə müddəti bitmiş bu cür batareyaları gətirib qutuya atmaqla, həm özünün və ətrafındakılarının sağlamlıqlarının, həm də təbiətin qorunmasına töhfə verirlər. İstifadə müddəti bitmiş batareyalar yığıldıqdan sonra müvafiq qaydada təhvil verilərək utilizasiya ediləcək.
Qeyd edək ki, bu cür batareyaların tərkibində kimyəvi və zəhərli maddələr var və onlar korroziyaya uğradıqdan sonra təhlükə mənbəyinə çevrilirlər. Ona görə də onların həm ətraf mühit, həm də insan orqanizmi üçün çox zərərli olduğu nəzərə alınaraq, belə bir addım atılıb.
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində