Dünya
Karakasda etiraz aksiyası davam edir: daha 17 nəfər xəsarət alıb
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 17 nəfər xəsarət alıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, xəsarət alanlardan 8 gözyaşardıcı qazdan zəhərlənib.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 77 nəfər isə həlak olub.
XalqTV.com
RƏYLƏR