12-ci dubl: Skarlatakedən ilk
Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost"la Serbiyadakı oyunu Adrian Skarlatake üçün uğurlu alınıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Bakı "İnter"inin rumıniyalı müdafiəçisi 3:0 hesablı qələbəyə dublla töhfə verib.
Bu, legionerin təmsilçilərimizlə avrokuboklardakı ilk dublu olub. Ümumilikdə isə Azərbaycan futbolu tarixində 12-ci dəfə futbolçumuz avrokubokda dubla imza atıb.
Skarlatake "İnter"də bunu bacaran 2-ci oyunçudu. Onadək Baçana Sxadadze klubunda ilk dubl müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, Adrian Azərbaycan klubları ilə avrokuboklarda qol sayını 3-ə çatdırıb.
1999/2000
20 iyun. "Makkabi" (Hayfa, İsrail) - "Qarabağ" - 1:2 Müşfiq Hüseynov (2)
12 avqust. "Neftçi" - "Srvena Zvezda" (Yuqoslaviya) - 2:3 Vadim Vasilyev (2)
2009/10
21 iyul. "Bakı" - "Ekranas" (Litva) - 4:2 Feliks Felipe Almeyda (2)
2010/11
15 iyul. "Portadaun" (Şimali İralandiya) - "Qarabağ" - 1:2 Əfran İsmayılov (2)
2011/12
30 iyun. "Banqa" (Litva) - "Qarabağ" 0:4 Vüqar Nadirov (2)
2012/13
5 iyul. "Trans" (Estoniya) - "İnter" - 0:5 Baçana Sxadadze (2)
2014/15
21 avqust. "Partizan" (Serbiya) - "Neftçi" - 3:2 Denis Silva (2)
2015/16
23 iyul. "Qəbələ" - "Çukariçki" (Serbiya) - 2:0 Sergey Zenyov (2)
27 avqust. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" - 2:2 Dodo (2)
2016/17
12 iyul. "Qarabağ" - "Düdelanj" (Lüksemburq" - 2:0 Riçard Almeyda (2)
18 avqust. "Qəbələ" - "Maribor" (Sloveniya) - 3:1 Baqali Dabo (2)
2017/18
29 iyun. "Mladost" (Serbiya) - "İnter" - 0:3 Adrian Skarlatake (2)
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində








