Dünya
Hindistanda toy zamanı divar uçub, 25 nəfər ölüb
Hindistanın Racastan ştatında toy zamanı divarın aşması nəticəsində 25 nəfər ölüb, 28 nəfər yaralanıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu haqda Times of India qəzeti xəbər verir.
Hadisə Bxaratpur rayonunda baş verib.
Polisin məlumatına görə, tozlu tufan səbəbindən binanın bir hissəsi uçub, bir çox qonaqlar dağıntılar altında qalıb.
Yaralılar xəstəxanaya gətiriliblər, onların vəziyyətləri barədə məlumat yoxdur.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR