idman
Kolumbiyalı hücumçu "Köln"ə keçdi
"Mainz"in hücumçusu Con Kordoba karyerasını "Köln"də davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard 2021-ci ilə kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. Transfer 15 milyon avroya başa gəlib. Kolumbiyalı futbolçu ötən mövsüm Bundesliqada 29 oyuna 5 qol vurub. Kordoba Avropa Liqasının qrup mərhələsində baş tutan "Qəbələ" - "Mainz" oyununda (2:3) da təmsilçimizin qapısına yol tapmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








