İqtisadiyyat

"Beynəlxalq Bankın borcunun bölünməsi ölkənin kredit reytinqinə mənfi təsir etməyəcək"

  • 30 Jun 2017
  • 325 baxış

Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 
"Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməyəcək", - deyə nazir bildirib.
 
S.Şərifov əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-3762-beynelxalq-bankin-borcunun-bolunmesi-olkenin-kredit-reytinqine-menfi-tesir-etmeyecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11