Taekvondoçumuz dünya çempionatının finalına yüksəlib - YENİLƏNİB
13:29
Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Report-un məlumatına görə, iranlı legioner yarımfinalda Moldovanı təmsil edən üçqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Aaron Kuku məğlub edib - 41:5.
Finalda Harçeqaninin rəqibi rusiyalı Anton Kotkov olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.
----------
12:16
Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.
Belə ki, 80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani bu mərhələyədək bütün rəqiblərinə qalib gəlib. İlk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb - 18:7.
Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, final üçün moldovalı Aaron Kukla qarşılaşacaq.
Qeyd edək ki, 1 gün öncə yarımfinala vəsiqə qazanan Məhəmməd Məmmədov (63 kq) final üçün bu gün dayanq üzərinə çıxacaq. O, iranlı Mirhaşim Husseyni ilə döyüşəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində








