idman
PSJ təcrübəli futbolçusu ilə yollarını ayırır
PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta klubu tərk edir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı havbek rəhbərliklə yeni müqavilə ətrafında danışıqlardan nəticə ala bilməyib. Ayın əvvəlində əldə olunmuş şifahi razılığa əsasən Motta daha bir mövsüm PSJ-də qalmalı, daha sonra əvəzedici komandanın məşqçisi olmalı idi.
Amma iyunun 29-u baş tutan görüşdə rəhbərlik fikrindən daşınıb. Motta isə danışıqları yarımçıq saxlayıb. Onun agenti də məsələnin 90% həll olunduğunu deyib. Təcrübəli futbolçu 2012-ci ildən Paris klubunda çıxış edirdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








