"Azərbaycan SQ yeni silah istehsalı imkanlarını nümayiş etdirir"
"Azərbaycan Silahlı Qüvvələri lisenziyalı silahların istehsal imkanlarını nümayiş etdirir".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu hərbi məsələlərə həsr olunan "Jane's Defense Weekly" jurnalında Georq Mader yazıb.
Müəllif qeyd edir ki, Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifəli şəxsləri jurnalın əməkdaşına ölkənin müdafiə sənayesinin potensialı barədə məlumat verib.
Qeyd olunub ki, bu sahənin inkişafı əsasən birgə müəssisələrin hesabına və xarici istehsalçılarla istehsalat sazişlərinin icra olunması hesabına əldə olunub.
Jurnalın əməkdaşı ilə müsahibə zamanı müdafiə sənayesi naziri Yavər Camalovun baş müşaviri Azər Məmmədov 31 müəssisənin işi barədə danışıb. Onun sözlərinə görə, bu müəssisələrdə 1100 adda müdafiə sənayesi məhsulunun istehsalı təşkil edilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində