Dünya
Ermənistanda işsizlik səviyyəsi artdı
Ermənistanda 2017-ci ilin birinci rübündə işsizlik səviyyəsi 19 faiz təşkil edib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2016-cı il ərzində bu ölkədə işsizlik səviyyəsi 18 faizə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə Ermənistanın iqtisadi fəal əhalisinin sayı 1 202,9 min nəfər təşkil edib ki, onlardan 228,4 min nəfəri işsizdir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR