idman

Almaniya çempion oldu, İspaniya İtaliyaya çatmaq şansını əldən verdi

  • 01 Jul 2017
  • 295 baxış

U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.
 
Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.
 
Bu, "bundestim"in U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.
 
Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-3806-almaniya-cempion-oldu--ispaniya-italiyaya-catmaq-shansini-elden-verdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11