Xəbərlər

"Whatsapp"dan çoxdan gözlənilən yenilik

  • 03 Jul 2017
  • 510 baxış

"Whatsapp" iki yeni funksiyasını təqdim etməyə hazırlaşır.

XALQ TV-nin xarici KİV-ə istinadən məlumatına görə, bunlardan biri "Gecə modu"dudur. Bu funksiya aktiv olduqdan sonra hər kəsin "WhatsApp"ında "gecə düşəcək". Belə ki, ağ bölgələr tündləşəcək. Eyni zamanda bu funksiyada çəkilən fotolar daha dəqiq görünəcək.

Digər yenilik isə "Whatsapp"da mesajların oxunmadan geri alına bilməsidir. 

Bundan sonra mesajı göndərdikdən sonra peşman oldunuzsa, onu 5 dəqiqə ərzində geri qaytara bilərsiniz. Bunun üçün həmin mesaja toxunub basılı saxlamaq, sonra isə "Geri al"ı seçmək lazımdır.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR