Şou Bİznes

"Xalq artistinin dəfni niyə gecikir?"

  • 03 Jul 2017
  • 845 baxış

Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar Xumar Zülfüqarovanın dəfni ilə bağlı məsələyə aydınlıq gətirib.

Xalq Tv - nin məlumatına görə, Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov AzNews.az-a açıqlamasında bildirib ki, mərhum sənətkarla vida mərasimi onun yaşadığı evində baş tutacaq:

“Yas mərasimində nazirliyin əməkdaşları və rəqs kollektivləri iştirak edəcək.”

Vüqar Şixəmmədov Xumar Zülfüqarovanın doğmalarının münasib bildiyi qəbiristanlıqda dəfn olunacağını deyib.

Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan rəqqasəsi, baletmeyster, Dövlət Rəqs Ansamblının yaradıcısı, Xalq artisti, “Şöhrət" ordenli Xumar Zülfüqarova iyulun 2-də dünyasını dəyişib.
 
Mərhumun nəvəsi Eldar Zülfüqarov sənətkarın meyitinin dəfn olunmamasına görə, Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb: 

"Çox pis olduq, sənətkara belə qiymət verərlər?! Bizə deyiblər, gözləyin xəbər verəcəyik. Amma yay vaxtıdır, meyiti evdə saxlamaq olmur. İynə də vurmuşuq, amma daha o da kömək olmur bu isti də”-deyə bildirib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR