Dünya

Dəvələr diplomatik böhranın qurbanları oldu - FOTO

  • 12 Jul 2017
  • 228 baxış

Səudiyyə Ərəbistanı bir müddət öncə Qətərə məxsus dəvə və qoyun sürülərini deportasiya edib. Qətər rəsmiləri bildiriblər ki, on minlərlə qoyun və dəvələrin bir hissəsi yolda susuzluqdan və aclıqdan məhv olublar.

XalqTV.com  teleqraf.com-a istinadən bildirir ki, otlaq sahələri az olduğu üçün Qətər heyvanları Səudiyyə Ərəbistanında saxlayıb. Diplomatik böhrandan sonra Səudiyyə Qətərə məxsus qoyun və dəvələri ölkədən çıxarıb. Qətərli fermerlər heyvanların bəzisini yük maşınları ilə daşıya bilsələr də, müəyyən hissə səhrəda qalıb. 50 dərəcə istidə aclıq və susuzluqdan əziyyət çəkən heyvanlar səhrəda canlarını tapşırıblar.

Ərəb ölkələri arasındakı böhranın ilk qurbanları sayılan dəvə və qoyunlara görə heyvansevərlər ayağa qalxıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR