Dünya

Rusiyalı məşhur teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır - FOTO

  • 12 Jul 2017
  • 230 baxış

Artıq xəbər vermişdik ki, Rusiyanın məşhur "Pole çudes" əyləncəli-intellektual televiziya proqramının aparıcısı, milyonların sevimlisi Leonid Yakuboviç Bakıdadır.

/>

XalqTV.com xəbər verir ki, L.Yakuboviç Bakıya sadəcə istirahətə gəlməyib. Onu ölkəmizə reklam çəkilişi üçün holdinqlərdən biri dəvət edib. Reklam çarxının çəkilişləri Bakının qədim və əsrarəngiz hissəsi olan İçərişəhərdə aparılıb.
 

/>

Məşhur teleaparıcı Azərbaycana səfəri çərçivəsində respublikanın cənub bölgələrini də ziyarət edib.

Bununla yanaşı, Yakuboviç Azərbaycanda dincəlmək fürsətini də əldən verməyib. Dünən onu paytaxt çimərliklərindən birində görüblər. Teleaparıcı pərəstişkarları ilə fotoşəkil çəkdirməyə həvəslə razılıq verib.

/>

Leonid Yakuboviç ötən gün Bakıda T.Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Samtredia" oyununu da izləyib. Oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 

/>

Məşhur teleaparıcı "Qarabağ"ı izlədi - FOTO

Qeyd edək ki, Leonid Yakuboviç Bakıda dəfələrlə olub və buranı çox sevdiyini deyib: "Bakı mənim dünyada ən çox sevdiyim şəhərlərdən biridir. Ümumiyyətlə, mənim bu şəhərlə bağlı xoş xatirələrim var. Bakı ilə, Azərbaycanla bizi bir çox məqamlar birləşdirir.  Mənim cavanlığım Bakıının ən yaxşı KVN komandasında keçib. Bakı günü-gündən inkişaf edir"-deyə aparıcı əlavə edib".

İlkin İzzət

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR