idman

İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır

  • 11 May 2017
  • 254 baxış

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-400-islamiadada-ishtirak-edecek-46-olkenin-numayendeleri-artiq-bakidadir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11