Dünya

Dollarla bağlı kritik açıqlamaya saatlar qaldı

  • 12 Jul 2017
  • 230 baxış

ABŞ prezidentinin oğlu, kiçik Donald Trampın yazışmalarını açıqlamasından sonra Asiya bazarlarında dollar avroya nisbətdə 14 ayın ən aşağı səviyyəsinə düşüb.

XalqTV.com oxu.az -a istinadən xəbər verir ki, hazırda investorlar FES rəhbəri Janet Yelleninin Konqresdəki çıxışını gözləyirlər. Bundan sonra dolların məzənnəsinin hansı şəkildə formalaşacağı bəlli olacaq.

Qeyd edək ki, Yellen bu gün Bakı vaxtı ilə saat 15:30-da Konqresə pul siyasəti haqqında məlumat verəcək. Eləcə də, bu yöndə sualları cavablandıracaq. FES rəhbərinin bugünkü açıqlamaları qurumun uçot dərəcəsini nə zaman artıracağı və monetar sərtləşdirməyə nə zaman başlayacağına dair də ipucları verəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR