Dünya

Müdafiə naziri: "Azərbaycan Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir"

  • 13 Jul 2017
  • 225 baxış

"Rəsmi Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir və RF Müdafiə Nazirliyinə öz regionuna aid məlumatların təqdim edilməsi məsələsinə baxır".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov RİA Novosti-yə müsahibəsində deyib.

Z.Həsənov qeyd edib ki, dünyada hərbçilərin bütün son hərbi münaqişələrin nəticələrini öyrənməsi praktikası var:

"Bu, həm uğurla, həm də uğursuzluqla nəticələnə bilər. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparılır. Biz dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR