Dünya

"Ankara hələ ümid edir ki, Vaşinqton Güləni ekstradisiya edəcək"

  • 14 Jul 2017
  • 209 baxış

Ankara Fəthulla Gülənin ekstradisiyası ilə bağlı məsələdə Vaşinqtonun əməkdaşlığına ümid edir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyin Diriöz deyib.

Səfirin sözlərinə görə, bu məsələ ilə bağlı bütün materiallar ABŞ tərəfinə təqdim edilib.

Türkiyəli diplomat qeyd edib ki, ABŞ bu məsələnin məhkəmə yolu ilə həll edilməsində təkid edir: "Amma biz gözləyirik ki, rəsmi Vaşinqton bizimlə əməkdaşlıq edəcək".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR