Dünya

Bu görüntülər hansısa qorxu filmindən deyil - FOTO

  • 14 Jul 2017
  • 209 baxış

Amerika Birləşmiş Ştatlarının Oreqon əyalətində ilan balığı daşıyan yük maşını şose yoluna aşıb.
Yük maşını 3400 kq çəkidə canlı ilan balığını Amerikadan Koreyaya aparırmış.

Yük maşınının qəflətən aşması nəticəsində ilan balıqları yaxınlıqda olan bütün maşınların və digər yolların üzərinə tökülüb.

Hadisə nəticəsində şose yolu uzun müddət bağlı qalıb və tıxac yaranıb. Polislər olaya müdaxilə edib və saatlarla davam edən təmizlik işlərindən sonra yolu istifadəyə açıblar.

Polis qorxu filmlərini xatırladan bu hadisədə heç kimin xəsarət almadığını açıqlayıb./Publika.az

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR