SAĞLAMLIQ

Valideynləri təlaşlandıran BCG peyvəndinin əlaməti hansılardır?

  • 15 Jul 2017
  • 282 baxış

Vərəm əleyhinə vurulan BCG peyvəndinin valideynləri təlaşlandıran əlamətləri hansılardır?

XalqTV.com xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, doğulduqdan 4-7 gün sonra körpələrin sol çiyin nahiyəsinə vurulan vərəm əleyhinə BCG peyvəndinin yerində ilk 6-8 saat müddətində ağ, mərcimək böyüklüyündə qabarıqlıq əmələ gəlir. Peyvənd edilən nahiyəyə 24 saat ərzində toxunmaq, su ilə təmas etdirmək olmaz.

İki-dörd aydan sonra peyvəndin tətbiq olunduğu yerdə qabarıq yara görülə bilər. Bu, gec əmələ gələn əlamət valideynlərin təlaşına səbəb olur. Lakin narahatlığa heç bir səbəb yoxdur. Bu, vərəm peyvəndində təbii haldır və bu zaman yalnız tətbiq olunduqdan sonra gigiyena qaydalarına əməl etmək kifayətdir. Bir müddət sonra yara sağalır və yerində kiçik çapıq izi qalır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO