SAĞLAMLIQ

Yaşla bağlı əmələ gələn makula degenerasiyası nədir?

  • 16 Jul 2017
  • 347 baxış

Yaşla bağlı makula degenerasiyası 60 yaşdan yuxarı xəstələrdə görmə itkisinin ən sıx səbəblərindən biridir.

XalqTV.com xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu xəstəlik gözün arxa hissəsində yer alan sinir təbəqəsinin görmə mərkəzinin tutulmasıdır. Görmə mərkəzini də əhatə edən bu bölgədə əmələ gələn zədə, həyatı əks tərəfə dəyişir. Retina - gözün arxa hissəsini əhatə edən sinir təbəqəsidir. Bu sinir təbəqəsi çox incədir və görüntünün sağlam bir şəkildə alınmasına imkan yaradır. Retina xəstəliklərində görməyə təsir dərəcəsi, xəstəliyin əmələ gəldiyi yerə görə dəyişir. Misal üçün retinanın kənarlarında, yəni görmə mərkəzindən uzaqda əmələ gələn geniş bir zədə, görməyə heç təsir etməsə belə, tam görmə mərkəzini tutan ən kiçik bir xəstəlik nəzərəçarpan bir görmə itkisi ilə nəticələnə bilər.

Bu xəstəlik ən çox ağdərili, yuxarı yaş qrupuna aid, siqaret çəkən, hipertoniyadan əziyyət çəkən, artıq çəkiyə malik, qan yağları yüksək olan və Günəş işığına daha çox məruz qalan insanlarda yaranır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-4239-yashla-bagli-emele-gelen-makula-degenerasiyasi-nedir-..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11