Sevgilisini döyən boksçuya ÖMÜRLÜK HƏBS: 18 sümüyünü qırıb - VİDEO
Keçmiş sevgilisini yataqda başqa bir kişi ilə tutan "Döyüş maşını" ləqəbli boksçu Con Koppenhaver onu ölümcül döyüb.
XalqTV.com haberler-ə istinadən xəbər verir ki, professional boksçu Con Koppenhaver model Kristy Makenin dişləri daxil olmaqla, bədənində 18 sümüyü qırdığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
2014-cü ilin avqust ayında keçmiş boksçu sevgilisi ilə əlaqəsinin bitməsindən sonra model Kristy şirkət sahibi olan Korey Thomas ilə eşq yaşamağa başlayıb. Bunu görən boksçu qısqanclıqdan dəliyə dönüb. Boksçu Kristyin evinə girib, yataq otağında onu yeni məşuqu ilə tutub. Əsəblərinə hakim olmayan boksçu sevgilisini yumruqlamağa başlayıb.
Əvvəllər də adam oğurluğu, zorlama və fiziki işgəncə kimi 29 müxtəlif cinayəti olan boksçu məhkəmədə etdiklərindən peşmanlıq duyduğunu söyləməsinə baxmayaraq, bağışlanmayıb.
Təhməz Təkin
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində