SAĞLAMLIQ

İnkişaf etmiş və fəsadlaşmış keratokonusun yeganə cərrahi müalicəsi...

  • 17 Jul 2017
  • 302 baxış

Göz xəstəliyi olan keratokonus buynuz qişanın qeyri-iltihabi proqressivləşən nazilməsi ilə səciyyələnir. Xəstəliyin təbii gedişatı əsasında keratokonus 4 mərhələyə bölünür. Bunlar klinika önü, erkən klinik, inkişaf etmiş mərhələ və fəsadlarla olan mərhələlərdir.

XalqTV.com xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, inkişaf etmiş mərhələdə keratokonus həmin nahiyədə və ətrafdakı buynuz qişa sahəsində əhəmiyyətli dərəcədə lokallaşmış stromanın nazilməsi ilə əlaqədar sərt konik qabarıqla səciyyələnir. Bu mərhələdə eynək korreksiyası qeyri-qənaətbəxş olur və ya irrequlyar astiqmatizm və yüksək dərəcəli miopiyaya görə mümkünsüzdür. Həmçinin kontakt korreksiyası da buynuz qişanın irrequlyar səthində linzanın pis adaptasiyası səbəbindən mümkün deyil.

Keratokonusun son mərhələsində ardınca gələn buynuz qişanın kəskin ödemi, eləcə də buynuz qişanın mümkün perforasiyası ilə dessemet membranın qopması kimi fəsadlar müşahidə edilir. Baxmayaraq ki, halların çoxunda buynuz qişanın kəskin ödemindən sonra çapıq əmələ gəlir. Beləliklə, inkişaf etmiş və fəsadlaşmış keratokonus mərhələləri ilə pasiyentlərdə buynuz qişanın transplantasiyası yeganə mümkün olan cərrahi müalicə üsuludur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO