SAĞLAMLIQ

İnfeksiya xəstəliklərinə faydalı bitki çayları

  • 18 Jul 2017
  • 337 baxış

İnfeksion xəstəliklər müxtəlif infeksiya, bakteriya və mikroblar tərəfindən əmələ gələn patoloji xəstəliklərdir.
Orqanizmdə infeksion xəstəlik varsa, insanın ağlına gələn ilk şey antibakterial və mikrobəleyhinə dərman vasitələri olur. Halbuki, hamımızın evində olan bəzi bitkilər vardır ki, onların dəmləmələri vasitəsilə infelksiya əlamətlərini azaltmaq və tamamilə aradan qaldırmaq mümkündür.
Reyhan çayı.
XalqTV.com  immunitet.az-a istinadən bildirir ki, mikroorqanizmlərin qarşısını ala biləcək ən yaxşı vasitə hesab edilir. Reyhan dəmləməsinin və yağının bir çox patoloji mikroorqanizmlərə qarşı təsiri dəfələrlə sübut olunmuşdur. Ondan ən çox ağciyər infeksiyalarının müalicəsində istifadə edilir. Reyhanın tərkibindəki bəzi birləşmələr insanın DNT-sinin qorumaq qabiliyyəti olduğu söylənilir. 1 çay qaşığı qaynaq suda 20 dəqidə dəmlənib, gündə 3 dəfə, hər dəfə yarım stəkan içilir.
Ekineziya çiçəyi dəmləməsi.
Qış fəslində ekineziya çayı içmək orqanizmi qışda yoluxan infeksiyalarından qoruyur.Antibakterial,antifunqal,antioksidant təsirə malik olan ekineziya çayı dəmləməsi bir çox infeksion xəstəliklərin sağalmasında faydalıdır. Antibiotik olaraq dəmləməsindən burun, boğaz və sinus infeksiyalarında istifadə edilir. 50 qr quru çiçək yarpaqları 200 ml qaynaq suda dəmlənir gündə 3 dəfə hər dəfə 1 stəkan içilir.
Sarımsaq.
İnfeksiya əleyhinə ən güclü təsir vasitəsidir. Qrip, soyuqdəymə kimi xəstəliklərin müalicəsində faydası böyükdür. Sarımsaq ən güclü antibiotik olmaqla yanaşı, ən yaxşı antifunqal təsirə malik təbii dərman vasitəsi hesab edilir. Sarımsağın çayı xoş təsir bağışlamadığına görə özünün yeyilməsinə daha çox üstünlük verilir.
Nanə dəmləməsi.
Nanə tərkibində olan uçucu yağlar sayəsində antibakterial təsir göstərir. Ən çox mədə-bağırsaq infeksiyaları və soyuqdəymələrdə faydalıdır. Onun tərkibindəki mentol qızdırmasalıcı və spazməleyhinə təsiri ilə xəstələrə şəfa verir. Dəmləmə üçün nanənin həm təzəsindən, həm də qurusundan istifadə edilir. 50 qram nanə 200 ml qaynar suda dəmlənir və gün ərzində 3 dəfə, hər dəfə 1 stəkan içilir.
Mütəxəssislər bitki çaylarından istifadə etdikdə həkimlə məsləhətləşməyinizi tövsiyyə edir. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO