Siyasət

Ağdamda mərmi qalıqları tapılıb - FOTO

  • 18 Jul 2017
  • 243 baxış

Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.

XalqTV.com bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 18-də 12:36-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamamış sursatın aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Ağdam rayonu, Orta Qərvənd kəndi ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Aşkar olunmuş mərmi qalıqlarının ətrafında 5 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

XalqTV.com 

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-4342-agdamda-mermi-qaliqlari-tapilib---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11