Narkoman rahibin dəhşət dolu həyatı - "110 min insanı..." - FOTO
Almaniyada yaşayan və texnologiya sektorunda vəzifə sahibi olan Cengiz adlı türk həyatı boyu ehtiyacın nə olduğunu bilməyib. Yüksək nüfuz qazanan Cengiz narkotik bataqlığına düşdükdən sonra bütün həyatı puç olub.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">publika.az-a istinadən sizə türkiyəli Cengizin narkomaniyadan rahibliyə gedən maraqlı həyat hekayəsini təqdim edir:
/>
Almaniyada narkotikə qurşanan Cengiz həyatının ən böyük səhvini edir. Cengiz ilk əvvəl ətrafındakı insanları itirir. Daha sonra yavaş-yavaş şəxsi nüfuzunu və işini itirən Cengiz carəni ölümdə görür. Dəfələrlə intiharın eşiyindən qayıdan Cengiz müalicə almağa qərar verir. Heç bir müalicənin effekt vermədiyini görən Cengiz Taylandda yerləşən məbədlərin birinə gedir.
/>
Taylandda yerləşən Buddist məbədlərindən birinə gələn Cengiz burada inanılmaz hadisələr yaşayır. Reabilitasiya rolunu oynayan məbəd əvvəl Cengizin adını daha sonra həyatını dəyişir. 38 yaşlı Cengizin adı Atalo olur.
/>
"Reuters" agentliyinə müsahibə verən 38 yaşlı Rahib Atalo (Cengiz) məbəddə fəaliyyət göstərən "Wat Thamkrabok" reabilitasiya mərkəzinin onun həyatını tamamilə dəyişdiyini deyib: "14 il əvvəl bura gəldim. Burda düşdüyüm cəmiyyətin qulu idim. İnsanlar bura uzun illər gəlib müalicə alıblar. 1959-cu ildən bəri məbəddə reabilitasiya keçən minlərlə insan var ki, normal həyatına geri dönüb".
/>
Onun sözlərinə görə, müalicə üçün məbədə gələn insanlar ilk 5 gün ərzində demək olar ki, dayanmadan qusurlar: "5 gün bizə xüsusi bitki mənşəli dərmanlar verib qusdururdular. Daha sonra isə eyni tərkibli bitkilərdən vanna qəbul edirdik. Bu 5 gün ərzində bizim xarici dünya ilə əlaqəmiz olmayıb. Bu müddət ərzində biz yalnız stolüstü tennis oynayıb, ağırlıq qaldırmışıq. Məbəd daxilində işləri də bizə gördürürdülər. Biz heykəlləri rəngləyir, hər gün abidələrin tozunu alırdıq".
/>
Mərkəzdə 110 mindən artıq insan reabilitasiya keçib. Cengiz, yəni Atalo sağlamlığını bərpa etdikdən sonra, tez-tez məbədə gəlib dua edirmiş. Bir daha heç bir narkotik vasitədən istifadə etməyəcəyinə dair and içən Cengizin məbədə bağlılığı rahibləri heyrətləndirib. Onlar Cengizə rahib olmağı təklif ediblər. Təklifi məmnuniyyətlə qəbul edən Cengiz artıq Rahib Atalo adı ilə insanlara yardım edir.
/>
Keçdiyi bütün prosesləri kitab şəklində dərc etmək qərarına gələn Rahib Atalo ümid edir ki, kitab hazır olduqdan sonra insanların bu bataqlığa düşməsinin qarşısını alacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində