SAĞLAMLIQ

Məşhurların dəri gözəlliklərinin sirri

  • 19 Jul 2017
  • 333 baxış

Aloe təbii müalicəvi dərman bitkilərindən hesab edilir. Bu bitki orqanizmə həm xaricdən, həm də daxildən müalicəvi təsir edir. Aloe dərini nəmləndirir, quruluğunu aradan qaldırır, qırışıqları açır və əmələ gəlməsinin qarşısını alır, bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər evində aloe bitkisi yetişdirənlərin ondan faydalanmağını məsləhət görürlər. Bunun üçün aloe bitkisindən məlhəm hazırlamaq və onu sərin yerdə saxlayaraq lazım gəldikdə istifadə etmək lazımdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, dünyanın əksər məşhurlarının kosmetoloqları bu məlhəmdən istifadə edir.
Bitkinin bir-neçə yarpağı qoparılıb dərin və quru bir qabın içərisinə qoyulur. Bu zaman bitkinin enli hissəsi qabın dibinə qoyulmalıdır ki, şirəsi axsın. 1-2 saat müddətində yarpağın bütün şirəsi axıb qurtarır. Sonra yarpağı əlinizə alıb bıçaq vasitəsilə bir tərəfindən kəsin və içərisində qalan hissəni qazıyıb təmizləyib şirənin üstünə əlavə edin. Əgər bunu gözləməyə səbriniz çatmasa bitkini sürtkəcdən keçirərək şirə əldə edə bilərsiniz. Sonra aloe şirəsinin üzərinə qoz yağı əlavə edib qarışdırın. Bu məlhəmin aşağıdakı faydaları var:
- dəridəki yaraların sağalmasını sürətləndirir
- dərinin nəmlik balansının tənzimləyir
- quruluğu aradan qaldırır
- qırışları aşır
- dərini cavanlaşdırır
- bir çox dəri xəstəliklərini müalicə edir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO