Dünya
İrandan Azərbaycana narkotik maddə gətirən şəxs tutuldu - FOTO
Cəlilabad polisinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi saxlanılıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında rayon sakini Sidqi Novruzovun yaşadığı evə baxış keçirib.
Baxış zamanı polis oradan xüsusi bağlamada 2 kq. 45 qram heroin, 505 qram çəkidə tiryək aşkar edərək götürüb.
Məlum olub ki, Sidqi Novruzov narkotik vasitələri İran İslam Respublikasından satış məqsədi ilə əldə edərək ölkə ərazisinə gətirib.
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR