SAĞLAMLIQ

Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər

  • 19 Jul 2017
  • 578 baxış

Qaraciyər beynimizdən sonra orqanizmin ən ağır orqanlarından biridir. Bədəndə yığılan qlükoza və müxtəlif toksinləri təmizləmək qaraciyərin əsas funksiyasıdır. Odur ki, qaraciyər sağlamlığına xüsusilə diqqət etmək lazımdır. Balanslı qidalanmaq, siqaretdən uzaq durmaq qaraciyər zəhərlənməsinin qarşısını alan ən mühüm addımlardandır.

Qaraciyər zəhərlənməyə başlayanda orqanizminizdə müəyyən əlamətlər verməyə başlayır. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər.

XalqTV.com oxucuları qaraciyərin zəhərlənməsini göstərən əlamətlərlə tanış edib.

Saralmış dəri

Əllərdə, gözlərfə, dəridə və dırnaqlarda olan sarılığın səbəbi öd piqmentinin orqanizmdə toplanmasıdır. Qaraciyər düzgün işləmədikdə bədəndə yığılan bu zəhərli maddələri xaric edə bilmir. Bu da qaraciyərin zəhərlənməsi və dəri rəbginin solğunlaşması ilə nəticələnir.

Sidik və ifrazatda meydana gələn rəng dəyişiklikləri

Sidiyin normaldan daha açıq və tünd, o cümlədən ifrazatın normaldan daha açıq və ya tünd olması qaraciyər zəhərlənməsini bildirir. Bu səbəblə ifrazat və sidik rəngində dəyişiklik müşahidə etdikdə mütləq həkimə müraciət edin.

Dəri həssaslığı və qaşıntı

Dərinizdə sanki nə isə gəzdiyini hiss edir və onu qaşımaq istəyirsinizsə, bu əlamət qaraciyərin kifayət qədər işləmədiyini və toksin maddələrin çox yığıldığını bildirir.

İshal

Yeməkdən sonra halnız pisləşir və dərhal tualetə getmə ehtiyacı hiss edirsinizsə, bu, qaraciyər zəhərlənməsini bildirir. Xüsusilə tez-tez ishal olmaq maye itkisinə işarə edir.

Qaraciyər yağlanmasına qarşı cəfəri cövhəri

Qeyri-sağlam qidalanma nəticəsində yaranan qaraciyər yağlanması isə ürək-damar xəstəliklərinin riskini artırır. Eyni zamanda qaraciyər yağlanması dəridə səpki, mədədə şişkinlik və mədə pozğunluğu, gözlərdə qızartı və qaşın, babasil, yaddaşının zəifləməsi, pis ağız qoxusu kimi problemlər yaradır. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-4404-qaraciyerin-zeherle-dolu-oldugunu-gosteren-elametler..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11