Dünya

Ticarət danışıqları nəticəsiz başa çatıb

  • 20 Jul 2017
  • 236 baxış

Washington-da ABŞ-la Çin arasında başa çatan ticarət danışıqlarında nəticə hasil olunmayıb.

Görüşdən sonra birgə bəyanat elan olunmayıb.

XalqTV.com BBC-yə istinadən bildirir ki,tərəflər həmçinin nəzərdə tutulmuş mətbuat konfransını ləğv ediblər.

ABŞ iki tərəfli ticarət əlaqələrində Çinin xeyrinə olan müsbət saldodan narazıdır və "daha ədalətli" razılaşma tələb edir.

/>

Bundan əlavə ABŞ prezidenti Donald Trump Çində istehsal olunmuş polad məmulatına tariflərin tətbiq edilməsinin gündəmdə qaldığını deyir.

May ayında əldə olunmuş razılaşma ABŞ kredit agentlikləri ilə kredit kart şirkətlərinə Çində fəaliyyət göstərmək imkanı açır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR