SAĞLAMLIQ

Bronxial astmanın müxtəlif növləri

  • 20 Jul 2017
  • 317 baxış

İnfeksiyadan asılı variant.
Bronxial astmanın bu növünə 35-40 yaşdan yuxarı adamlarda rast gəlinir. Bu zaman xəstəliyin əlamətləri ağır formada üzə çıxır. Xəstəliyin ağır formada olmasına kəskin bronxit, pnevmoniya, tonzillit, haymorit və s. səbəb olur.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, belə xəstələrdə boğulma tutmaları az kəskinliyi ilə digər tutmalardan fərqli olur, uzun müddət davam edir. Xəstənin tənəffüsü sərt və xırıltılı olur. Bronxial astmanın infeksiyadan asılı növündə xəstələrdə daima bəlğəmli öskürək müşayiət edilir. Xəstələrdə aşağıdkı əlamətlər meydana çıxır:
- subfebril qızdırma
- gecələr titrətmə
- kürək nahiyədə üşütmə hissi
- boyun və ənsədə tərləmələr.
Xəstələr müalicə olunduqdan sonra boğulma əlamətləri dayandıqda bütün bu əlamətlərin izi aradan qalxır.
İnfeksiyadan asılı bronxial astma xəstələrində xəstəlik ağırlaşdığı və ya müalicəyə tabe olmadığı zaman xəstələrdə bəzi ağırlaşmalar meydana çıxır:
- ağciyərlərin enfizeması
- xroniki ürək çatışmazlığı
- ağciyər ürəyi simptomu.
Diaqnoz:
Xəstliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin rolu böyükdür. Bundan başqa qanın ümumi analizləri, bəlğəmin analizi və bronxoskopik müayinənin nəticələri diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Dishormonal variant.
Bronxial astmanın dishormonal variantı hormondan asılı olaraq əlamtlərini dəyişdirir. Belə ki, bu xəstələrin müalicəsində qlükokortikoid preparatının sistemli tətbiqi mütləqdir. Çünki dərmanın kəsilməsi və ya dozasının azaldılması xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər. Bronxial astmanın dishormonal variantı qlükokortikoid hormonunun çatışmazlığı zamanı meydana çıxır.
Xəstəliyin diaqnozu qanda hormonun miqdarının normal olmamasıyla öz təsdiqini tapır.
Müalicə həkimin təyin etdiyi dozada hormon qəbulu ilə aparılır və vaxtaşırı qanda qlükokortikosteroidin miqdarı yoxlanılır.
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO