SAĞLAMLIQ

Bronxoektatik formalı pnevmoniya

  • 20 Jul 2017
  • 328 baxış

Xroniki pnevmoniyanın bronxoektatik forması aşağıdakı əlamətlərlə özünü göstərir:
* xəstədən çoxlu miqdar pis qoxulu bəlğəm ifrazı (gün ərzində 200-300 mq)
* öskürək
* tez-tez rast gələn qanhayxırma
* aktiv iltihabı prosesin fasiləsiz gedişi
* bədən hərarətinin həddindən artıq yüksəlməsi
* iştahanın azalması və xəstələrin kəskin arıqlaması
* dırnaqların saat şüşəsi şəklini alması
* barmaqların uc falanqalarının baraban çubuğuna oxşaması
* konservativ müalicənin az effektliyi
* bronxoqrafik və tomoqrafik müayinələrdə bronxhektazların aşkar edilməsi.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, xəstəliyə nadir hallarda rast gəlir. Bronxoetakik formalı pnevmoniya zamanı aşağıdakı əlamətlər aşkar edilir.
- Xəstəlik uzun gedişə malik olur.
- Kəskin pnevmoniya əlamətləri müşahidə edilir.
- Ağciyərlərdə residivləşən iltihablaşmalar baş verir.
- Patoloji proses ocaqlı xarakter daşıyır.
- Lokal irinli və kataral bronxitin əlamətləri olur.
Xəstliyə diaqnoz qoymaq üçün ağciyər xərçənginin müayinəsində istifadə olunan bütün müayinə metodlarından istifadə edilir. Xəstəliyin ağırlıq dərəcəsi ağciyər xərçənginin ağırlıq dərəcəsi ilə eynidir.
Diaqnoz qoyulan zaman rentgenoqrafiyanın, tomoqrafiyanın nəticələri əsas götürülür. Bundan başqa qanın ümumi və biokimyəvi analizləri, bəlğəmin analizi diaqnozun düzgünlüyünü təsdiq edir. Xəstəliyin hansı bakteriyalar tərəfindən törədildiyi araşdırıldıqdan sonra həmin mikroba qarşı  antibiotiklərdən istifadə edilir. Xəstənin bəlğəmi vaxtaşırı əkilir və onun əsasında müalicə davam etdirilir.
Xəstə sağaldıqdan sonra ona profilaktika məqsədilə sağlam həyat tərzi sürmək, keyfiyyətli qidalardan istifadə etmək, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO