idman
Superkubok italiyalı hakimlərə tapşırıldı
UEFA Superkubokunun hakimləri açıqlanıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Real" və "Mançester Yunayted" arasında qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.
Avqustun 8-də baş tutacaq qarşılaşmada Canluka Rokki fit çalacaq. Makedoniyanın paytaxtı Skopyedəki görüşdə 43 yaşlı referiyə həmyerliləri Elenito Di Liberatore və Mauro Tonolini kömək edəcək. Əlavə hakim köməkçisi funksiyasını David Massa ilə Massimiliano İrrati yerinə yetirəcək. Ehtiyat hakim Rikkardo Di Fiore olacaq. Dördüncü hakim funksiyası isə fransalı Klement Turpinə tapşırılıb.
Qeyd edək ki, UEFA Superkuboku Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR








