idman

"Qələbə qazanmaq motivasiyamızı artırar" - "Şerif"in qapıçısı

  • 22 Jul 2017
  • 261 baxış

"Artıq sıx qrafikdə çıxış etməyə öyrəşməliyik. Futbolun tələbi budur".

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bunu "Şerif"in qapıçısı Zvonimir Mikuliç deyib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Tiraspol təmsilçisi bu gün Moldova çempionatının 3-cü turunda "Zimbru"nu qəbul edəcək.

Qarşılaşma öncəsi klubun saytına danışan xorvatiyalı qolkiper bu matçın önəmindən bəhs edib: "Peşəkarlığı göz önünə gətirsək, bu qrafiki normal hesab etmək olar. Biz həyatımız boyu belə oynamışıq. Onu da gözəl başa düşürük ki, "Qarabağ"la oyunöncəsi "Zimbru" ilə çempionat matçı çox vacibdir. Çünki bu qarşılaşmada qol vurmaq, qələbə qazanmaq motivasiyamızı artırar. Belə də Azərbaycana daha yüksək əhval-ruhiyyədə yollanarıq".

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-4546-qelebe-qazanmaq-motivasiyamizi-artirar---sherifin-qapicisi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11