Dünya
İran yeni raketlərin istehsalına başlayıb
İran "Sayad-3" havadan müdafiə raketlərinin istehsalına başlayıb.
XalqTV.com modern.az-a istinadən bildirir ki, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.
Nazir çıxışında bildirib ki, "Sayad-3" raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb: "Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi - "görünməyən" qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir".
Qeyd edək ki, "Sayad-3" raketlərinin vurma məsafəsi təqribən 120 kilometrə yaxındır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR