SAĞLAMLIQ

Ölüm nədir?

  • 23 Jul 2017
  • 340 baxış

Ölüm canlı orqanizmin həyat fəaliyyətinin labüd nəticəsidir. Səbəblərinə görə ölüm patoloji (vaxtından əvvəl) və fizioloji (təbii) olmaqla 2 hissəyə ayırd edilir.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, həddindən artıq qocalmış orqanizmin həyatının labüd surətdə başa çatması fizioloji ölüm adlanır. Fizioloji ölüm həddindən artıq qocalmış canlı orqanizmin bütün həyat funksiyalarının sönməsidir. İnsanlar arasında fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən sona çatır. Lakin bəzi hallarda zahirən sağlam görünən adamın da ölməsi müşahidə edilir ki, buna qəfləti ölüm deyilir. Qəfləti ölümün baş verməsinə gizli keçən və kifayət qədər müalicə olunmayan xəstəliklərin qəfil kəskinləşməsi səbəb olur. Buna aşağıdakı xəstəliklər səbəb olur:
- aorta anevrizmasının partlaması nəticəsində baş verən qanaxmalar
- koronar arteriyaların trombozu ilə əlaqədar olan kəskin miokard işemiyası
- hipertoniya xəstəliyi nətiucəsində beyinə qansızma
- ağciyər arteriyalarının trombozu və s.
Xarici mühitin qeyri-adi təsirləri ilə baş verən ölüm zorakı ölüm adlanır. Bu cür ölümlərə aşağıdakılar aiddir:
- intihar
- məişət travmaları
- nəqliyyat travmaları
- istehsalat travmaları.
Adətən insanlar ya ürək fəaliyyətinin, yad tənəffüsün dayanması ilə əlaqədar olaraq ölürlər. Orqanizmin həyat fəaliyyətində baş verən dəyişikliklərlə əlaqədar olaraq ölümün 2 forması ayırd edilir:
- kliniki ölüm
- bioloji ölüm.
Kliniki ölüm zamanı tənəffüs və qan dövranı dayanlır, reflekslər itir. Bu zaman insanın həyati vacıb daxili orqanları isə öz fəaliyyərtini itirmir. Kliniki ölümün müddəti 5-6 dəqiqəyə qədər ola bilir. Bu zaman şərait olsa xəstəni həyata qaytarmaq mümkün olur.
Bioloji ölüm zamanı isə geriyə dönməsi mümkün olmayan proseslər baş verir və insanın həyatına son qoyulur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO