Dünya

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24-ə çatdı - YENİLƏNİB

  • 24 Jul 2017
  • 287 baxış

09:48

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.

Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.

----------

08:39

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.

Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.

----------

08:39

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

---------

07:31
 
Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü  partladıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-4655-kabilde-toredilen-partlayish-neticesinde-olenlerin-sayi-24-e-catdi---yenilenib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11