Dünya
Mobil telefon göldə boğulan 3 dostu xilas etdi: Adanada möcüzə kimi olay - VİDEO - FOTO
Adanada su anbarında gəzintiyə çıxan 3 dost qayığa su dolunca aşıb və onlar boğulma təhlükəsi ilə üzləşiblər.
XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, boğulmaq üzrə olan 3 dost üzərlərindəki su keçirməz ağıllı telefonla zəng etdikləri polis və dalğıclar tərəfindən xilas ediliblər.
Boğulmaqdan son anda xilas edilən gənclər sudan çıxarılaraq motorlu qayıqla sahilə gətiriliblər.
Gənclərdən Murat Səlcuq Aygün "Mənim telefonum su keçirmirdi. Polisə zəng etdim, onun sayəsində xilas olduq", - deyib.
Məhəmməd Vaqif
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR