SAĞLAMLIQ

Maşında kondisioner: komfort yoxsa təhlükə?

  • 24 Jul 2017
  • 294 baxış

İsti havada maşında kondisionerin olması komfortun əsas şərtidir.

Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.

Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 C-dən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.

Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.

Bundan əlavə maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.

Maşında kondisionerin olmasının komfortdan əlavə digər faydası da var. Araşdırmalar göstərir ki, maşında kondisionerin olmaması isti havada qəzaların riskini xeyli artırır. Məsələ burasındadır ki, çox isti hava insanın mərkəzi sinir sisteminə mənfi təsir edir - diqqət azalır, insan çətin vəziyyətdə daha gec reaksiya verir ki, bu da nəticədə qəzaların artmasına səbəb olur.
Alman alimlərinin araşdırmalarına görə, maşın salonunda temperaturun 32 C qədər yüksəlməsi qəzaların riskini 15%, 37 C qədər yüksəlməsi isə 35% qədər artırır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO