SAĞLAMLIQ

Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların ADLARI

  • 25 Jul 2017
  • 284 baxış

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

XalqTV.com xəbər verir ki, İqtisadiyyat və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında,  "Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda "Karolina" və "Zontik" plombir dondurmalarında, eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

İlkin İzzət

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO