Siyasət

Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər - FOTO

  • 25 Jul 2017
  • 236 baxış

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının "Tank biatlonu" müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.

Ümumilikdə "Tank biatlonu" müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.
Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR