Dünya

Çin sular altında qaldı - Sakinlər təxliyə olunur

  • 26 Jul 2017
  • 325 baxış

Çinin Şensi vilayət rəhbərliyi aramsız yağışlar ardınca güclü daşqınlar səbəbindən sakinlərin təxliyəsi barədə qərar verib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, vilayətin Yuylin şəhərindən 2,9 min sakin təxliyə edilib.

Bir neçə gündür yağan yağışlarla bağlı yerli meteoroloji mərkəz təhlükənin qırmızı səviyyəsi barədə elan edib.

Suyde rayonunda su bəndinin dağılması nəticəsində isə bütün yaşayış məntəqələri su altında qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR