SAĞLAMLIQ

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

  • 26 Jul 2017
  • 368 baxış

Yenidoğulmuşların ana südündən əlavə köməkçi qidalara keçməsi mərhələli şəkildə baş verməlidir.

XalqTV.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurangiz Hacıyeva deyib.

Həkim bildirib ki, başlanğıc üçün gübrəsiz meyvə və tərəvəzləri sadəcə pörtlətmək kifayət edər. Belə ki, pörtlədilmiş meyvə və tərəvəzlərin tərkibindəki vitaminlər daha yaxşı saxlanılır.

Hazır pörtlənmiş meyvə-tərəvəz xırdalanır və su əlavə edilərək əzilir. Tərkibindəki mikroelementlərin mənimsənilməsi üçün meyvə-tərəvəzə yağ turşuları, qatıq, şor əlavə edilərək püre halına gətirilir. Uşağa verilən hazır qidanın miqdarı isə hər aya 10 qram hesablanır. Misal üçün altı aylıq uşaq 60 qram belə hazırlanmış püre yeyə bilər. Bu miqdar həcm etibarilə uşağın yumruğu qədər olur.

Altı aya kimi yumurta, yeddi aya kimi ət, bir yaşa kimi inək südü, şəkər və duzun körpənin qidasına əlavə olunması tövsiyə edilmir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-4782-korpelere-verilen-komekci-qidanin-hecmi-ne-qeder-olmalidir-..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11