Dünya

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

  • 27 Jul 2017
  • 251 baxış

ABŞ prezidenti Donald Tramp ikinci rüb üçün 100 min dollar məbləğində maaşını Təhsil nazirliyinin hesabına köçürüb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Apreldə D.Tramp birinci rüb üzrə məvacibini Milli Park Xidmətinin hesabına köçürmüşdü. Həmin vəsait ABŞ-da 1861-1865-ci illərdə vətəndaş müharibəsinə aid abidənin bərpasına sərf edilib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR