Siyasət

ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir

  • 27 Jul 2017
  • 296 baxış

Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanınə Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirmək üçün dəstək göstərməyə hazırdır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜTT baş katibinin aparat rəhbəri, Beynəlxalq Ticarət Mərkəzinın icraçı direktoru Arança Qonzales özünün "Twitter" səhifəsində yazıb.

Hazırda Cenəvrədə Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Danışıqlar iyulun 24-də başlayıb və 28-ə qədər davam edəcək. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.

A.Qonzales yazıb: "Mən Mahmud Məmmədquliyevlə Azərbaycanın təşkilata qəbul edilməsi məsələsini müzakirə etdik və İTC-in bu prosesin sürətləndirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirdim".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-4809-utt-azerbaycanin-teshkilata-qebulunu-suretlendirir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11