Dünya
Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas edildi
Gürcüstanda Çorox çayında köməksiz vəziyyətdə qalmış iki Azərbaycan vətəndaşı xilas olunub.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, Acarıstanın Şarabidze kəndində 8 nəfərdən ibarət qrup Çorox çayında olarkən suyun səviyyəsi qəflətən qalxmağa başlayıb.
Qrupun 6 üzvü çaydan çıxa bilsə də, iki azərbaycanlı turist bunu edə bilməyib.
Fövqəladə Halların İdarə Olunması Mərkəzinin xilasediciləri azərbaycanlı turistləri xilas ediblər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR