Dünya

İstanbulda Bosfor boğazının altından 3 mərtəbəli tunel tikiləcək

  • 28 Jul 2017
  • 259 baxış

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.

6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.

3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR