""Napoli"nin İtaliya çempionatında qələbəsi mənim arzumdur"
"Napoli"nin yarımmüdafiəçisi Martin Hamşik skudettonu qazanmaq arzusunu dilə gətirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı havbek Neapol klubunda nə qədər qalacağına dolayı yolla işarə də vurub.
"Özümü yaşlı hiss etmirəm. Sanki hələ 20 yaşım var. Bir neçə il də yüksək səviyyədə futbol oynaya bilərəm. Amma karyeram tədricən sona yaxınlaşır. Futbolda iz qoymaq, titul qazanmaq istəyirəm. "Napoli"nin İtaliya çempionatında qələbəsi mənim arzumdur. Bunu etmək imkanımız var. Ola bilsin, yeni mövsümdə "Napoli" skudettonu qazanmaq üçün kifayət qədər yaxşı olacaq. Gələcəkdə Nepaol klubunda qalacağımı və ya vətənimə qayıdcağımı qərarlaşdırmamışam. Mənə görə, futbolçu üçün maksimal yaş həddi 35-36-dır".
Slovakiya millisinin də üzvü olan Hamşik "Napoli" tarixində ən sərrast futbolçu olmağa yaxındır. Onu Maradonanın illər öncə müəyyənləşdirdiyi rekorddan cəmi bir neçə qol ayırır. Təcrübəli futbolçunun cari müqaviləsi 2020-ci ildə başa çatacaq.
XalqTV.com








